Modern.az

İspaniyaya 400 milyon dollar ziyan vuran vulkanın lavaları sürətlə irəliləyir

İspaniyaya 400 milyon dollar ziyan vuran vulkanın lavaları sürətlə irəliləyir

Aktual

21 Sentyabr 2021, 18:00

İspaniyanın Palma adasında bir neçə gün əvvəl baş vermiş vulkan püskürməsinin vurduğu maddi ziyan 400 milyon dollardan çoxdur.

 

Modern.az-ın məlumatına görə, bunu Kanar adaları muxtar əyalətinin hökumət başçısı Anxel Viktor Torres deyib.

 

O bildirib ki, Palma adası hazırda fəlakət zonası elan olunub. İki gün sonra İspaniya kralı 6-cı Filippiin bölgəyə baş çəkməsi gözlənilir.

 

Qeyd olunur ki, hazırda vulkanın püskürdüyü lava kütləsi saatda 200 metr sürətlə sahilə doğru irəliləyir.

 

Xatırladaq ki, Palma adasında vulkan psükürməsi sentyabrın 19-da başlayıb. Hadisə nəticəsinə bölgədə 150-dən çox ev dağılıb, 6 minə yaxın sakin təxliyə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı