Modern.az

Zabit Səmədov növbəti görüşünü keçirəcək - FOTO

Zabit Səmədov növbəti görüşünü keçirəcək - FOTO

Aktual

21 Sentyabr 2021, 18:48

Azərbaycanlı K1 ustası Zabit Səmədov növbəti görüşünü keçirəcək.

 

Modern.az xəbər verir ki, o, fransalı Nayf Didye ilə üz-üzə gələcək.

 

Qarşılaşma oktyabrın 4-də Çeçenistanın paytaxtı Qroznı şəhərində baş tutacaq.

 

Qeyd edək ki, Zabit Səmədov indiyədək kikboksinqdə 112 döyüş keçirib. O bunlardan 37-si nokaut olmaqla 102 döyüşdə qalib gəlib. 9 dəfə məğlub olan idmançımızın bir döyüşündə qalib müəyyənləşməyib.

 

Xatırladaq ki, Zabit Səmədov sonuncu döyüşünü iyunun 14-də yaşadığı Belarusda keçirib. O, ikinci raundda Almaniyanı təmsil edən rəqibi Deci Kalecaiyeni nokauta salıb. Ümumiyyətlə, idmançımız 19 döyüşdür ki, məğlub olmur. O sonuncu dəfə 8 il əvvəl - 2013-cü ilin martın 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən döyüşdə məşhur Mərakeş idmançısı Badr Hariyə uduzub.

 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı