Vətən Müharibəsində şəhid olan Səməd Hüseynzadənin atası vəfat edib.
Modern.az-ın məlumatına görə, şəhidimizin atası Səttar Hüseynzadə bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Səməd 1998-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. O, Vətən Müharibəsində qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
Şəhid Səməd Hüseynzadə doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "İgidiyə görə" və Ağdam, Xocavənd, Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Humay İsgəndərova