Modern.az

GUAM XİN başçılarının görüşü keçiriləcək

GUAM XİN başçılarının görüşü keçiriləcək

Aktual

21 Sentyabr 2021, 20:14

BMT-nin Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində GUAM təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Sentyabrın 22-23-də baş tutacaq görüş Gürcüstanın GUAM-a sədrliyi çərçivəsində təşkil olunacaq.

 

Gürcüstanın XİN başçısı David Zalkaliani sessiya zamanı bir sıra həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi