Modern.az

Ərdoğan BMT-də Azərbaycanın qələbəsindən DANIŞDI

Ərdoğan BMT-də Azərbaycanın qələbəsindən DANIŞDI

Aktual

21 Sentyabr 2021, 23:13

“Qafqazda sülh və sabitlik baxımından yaxın müddətdə önəmli addımlar atılıb”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyasında çıxışı zamanı deyib.

 

Ərdoğan qeyd edib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub:

 

“Bu hadisə regionda daimi sülhün bərpası üçün fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi