Modern.az

AccessBank-ın mikro portfeli 67% faiz artıb

AccessBank-ın mikro portfeli 67% faiz artıb

Aktual

22 Sentyabr 2021, 15:28

 

Bakı. 22.09.2021. Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank, son 3 ay ərzində müştərilərə 99 milyon mikro və aqro kredit verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 milyon manat, yəni 67% çoxdur. 

 

Həmçinin Bank, cari ilin ilk 8 ayı ərzində mikro portfelini 64 milyon artırıb. 

 

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı,Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir. 

 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin //www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı