Modern.az

İranda avtobus aşdı - 33 nəfər yaralandı

İranda avtobus aşdı - 33 nəfər yaralandı

Aktual

6 Oktyabr 2021, 14:00

İranın şimalında yerləşən Simnan vilayətində avtobusun aşması nəticəsində 33 nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Muzəffər Məhəmmədxani deyib.

 

M.Məhəmmədxaninin sözlərinə görə, Tehran-Məşhəd istiqamətində hərəkət edən avtobus Damğan-Şahrud magistral yolunun 30-cu kilometrliyində aşıb.

 

Məhəmmədxani yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı