Modern.az

Malidə silahlılar 5 hərbçini öldürdü

Malidə silahlılar 5 hərbçini öldürdü

Aktual

7 Oktyabr 2021, 00:14

Malinin mərkəzində Əl-Qaidə və İŞİD terror təşkiları ilə əlaqaləri olan yaraqlılar ölkənin silahlı qüvvələrinin hərbçilərinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Mali Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hücum nəticəsində 5 hərbçi öldürülüb, 8-i yaralanıb. "Reuters" agentliyinin məlumatna görə, yerli səlahiyyətlilər 10-dan çox əsgərin öldüyünü bildirir.

 

İlkin məlumata görə, silahlılar hücumu ölkənin Mopti bölgəsindəki Bodio kəndi yaxınlığında həyata keçirib.

 

Qeyd edək ki, Mali ordusunun əsgərləri, onlara dəstək verən Fransa qüvvələri və Birləşmiş Millətlər sülhməramlıları tez-tez ölkənin mərkəzi və şimalında silahlılar tərəfindən hədəf alınır.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı