Modern.az

NASA Yeri asteroidlərdən qoruyacaq

NASA Yeri asteroidlərdən qoruyacaq

Aktual

7 Oktyabr 2021, 07:24

NASA Yerin potensial təhlükəli asteroidlərdən qorunma üsulunu ilk dəfə sınaqdan keçirəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Washington Post qəzeti xəbər verib.

 

ABŞ kosmik agentliyi noyabr ayında asteroidlərdən birinə xüsusi zondla təchiz edilmiş raketini buraxmağı planlaşdırır. Həmin zond asteroidlə toqquşmalı və onun orbitini dəyişdirməli olacaq.

Kaliforniyada yerləşən Vandenberq adlı Kosmik Qüvvələri Bazasından "SpaceX" şirkətinin "Falcon 9" raket-daşıyıcının DART zondu ilə buraxılışı noyabrın 24-də ABŞ-ın Şərqi sahilləri vaxtı ilə saat 1:20 -də nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi