Modern.az

Goranboyda yanğın - bir nəfər xəsarət aldı

Goranboyda yanğın - bir nəfər xəsarət aldı

Aktual

26 Oktyabr 2021, 09:18

Goranboy rayonunda yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, hadisə rayonun Şəfibəyli kəndində qeydə alınıb.

 

Belə ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə, dam örtüyü 140 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır