Modern.az

Əfqanıstanla qonşu ölkələr müzakirəyə TOPLANIR

Əfqanıstanla qonşu ölkələr müzakirəyə TOPLANIR

Aktual

27 Oktyabr 2021, 11:31

Bu gün Tehranda Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin iclasının ikinci raundu başlayır.



Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda İran prezidenti İbrahim Rəisi çıxış edəcək.

 

İclasda İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov və Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin iştirak edəcək.

 

Çin və Rusiyanın xarici işlər nazirləri görüşdə onlayn iştirak edəcəklər.

 

Tehran görüşü Əfqanıstanda inklüziv hökumətin qurulmasına və ölkədə sülh və sabitliyin bərqərar olmasına töhfə vermək məqsədi daşıyır.

 

Əfqanıstanın Qonşu Ölkələri Görüşünün birinci mərhələsi sentyabr ayında Pakistanın ev sahibliyi ilə onlayn rejimdə keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir