Modern.az

Türkiyəli rektor xüsusi təyinatlı təhsil müəssisələrində - FOTO

Türkiyəli rektor xüsusi təyinatlı təhsil müəssisələrində - FOTO

Aktual

27 Oktyabr 2021, 12:05

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qonaqlara xüsusi təyinatlı təhsil müəssisələrinin tarixi və fəaliyyəti barədə brifinq təqdim edilib.
Türkiyəli nümayəndə heyəti təhsil müəssisələrinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olduqdan sonra tədris prosesini izləyib.
Professor E.Afyoncu təhsil müəssisələrindəki xatirə kitablarına öz ürək sözlərini yazıb.
Sonda qonaqlara komandanlıq adından hədiyyələr təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir