Modern.az

Rövşən Əkbərova xüsusi qayğı göstərilir - Vəkildən İTTİHAM

Rövşən Əkbərova xüsusi qayğı göstərilir - Vəkildən İTTİHAM

Aktual

27 Oktyabr 2021, 14:00

Bakı Hərbi Məhkəməsi Cinayət Məcəlləsinin 12.1, 120.2.2 və 12.1, 221.3-cü maddələri ilə təqsirləndirilən general-mayor Rövşən Əkbərova həddən artıq qayğı göstərir və qanunları tamamilə pozur.

 

Modern.az xəbər verir ki, bunu zərərçəkmiş tərəfin - qətlər yetirilən iş adamı Elçin Əliyevin ailəsinin vəkili Elçin Sadıqov bildirib.

 

O qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 340.2-1. maddəsinə əsasən, dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə, məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir:

 

“İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərərçəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər.

Lakin, keçən iclasda müdafiəçilərdən biri çıxış edib və məhkəmə fasilə vermədən digər müdafiəçini dinləmək adı ilə (hələ müdafiəçi də hazırlaşmaq üçün vaxt tələb edib) məhkəmə prosesini qanunsuz olaraq təxirə salıb”.

 

E.Sadıqovun sözlərinə görə, məhkəmənin Rövşən Əkbərova qanunları pozmaqla üstünlük yaratmasının səbəbi araşdırılmalıdır:

 

“Təbii ki, bu ona hesablanıbdır ki, danışıqlar aparılsın. Amma, ədalət mühakiməsi qanunsuz danışıqlar əsasında deyil, qanunlar əsasında aparılmalıdır”.

 
Xatırladaq ki, xeyli vaxtdır Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir