Modern.az

Brüsseldə Zəfər Günü KONSERTİ

Brüsseldə Zəfər Günü KONSERTİ

Aktual

30 Oktyabr 2021, 12:32

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Belçika Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə Brüsseldə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Victory” adlı konsert proqramı keçirilib.

 

Komitədən Modern.az-a verilən məlumata görə, tədbirdə Avropa Komissiyasının, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Konsertdə “İsfar Sarabski trio” çıxış edib. Azərbaycanın Əməkdar artisti, virtuoz fortepiano ifaçısı İsfar Sarabskini kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşin müşayiət edib.

 

 

İzləyicilərin alqışları ilə müşaiyyət olunan konsert diqqətləri bir daha Azərbaycanın Qarabağda qazandığı misilsiz qələbəyə yönəldib.

 

Konsert çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir