Modern.az

Gürcüstan “Yaşıl pasport”a keçir

Gürcüstan “Yaşıl pasport”a keçir

Aktual

9 Noyabr 2021, 15:30

Dekabrın 1-dən Gürcüstan “Yaşıl pasport” rejiminə keçəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

 

Onun sözlərinə görə, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən COVİD-19 pasportu tətbiq olunacaq:

 

““Yaşıl pasport”da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq. Koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək. Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?