Modern.az

ABŞ-ın 3 universitetində bomba HƏYƏCANI

ABŞ-ın 3 universitetində bomba HƏYƏCANI

Aktual

12 Noyabr 2021, 08:45

Cənubi Kaliforniya Universiteti, Nyu York Universiteti və Massaçusets Texnologiya İnstitutu bomba təhdidləriylə əlaqədar olaraq şəhərciklərin boşaldılması barədə qərar qəbul ediblər.

 

Modern.az xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin ərazisinə qoyulduğu iddia edilən bomba ilə bağlı məlumata əsasən binalara baxış keçirən hüquq-mühafizə orqanları artıq bunun dezinformasiya olduğunu bildirib, universitet işini davam etdirir. Həmçinin Massaçusets Texnologiya İnstitutunun ərazisində partlayıcı qurğunun olmasına dair heç bir sübut aşkarlanmayıb.

 

Ötən həftə ABŞ-ın bir neçə universiteti sonradan yalan olduğu aydınlaşdırılan bomba təhdidləriylə bağlı işçiləri və tələbələri təxliyə edib. Bunları sırasına Yale, Kolumbiya, Kornell və Braun universitetlərini aid etmək olar.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?