Modern.az

Tibb Universitetinin müəllimi vəfat etdi

Tibb Universitetinin müəllimi vəfat etdi

Aktual

12 Noyabr 2021, 09:34

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.

 

Modern.az xəbər verir ki, ali məktəbin Ailə təbabəti kafedrasının dosenti Sona Şahbazbəyova dünyasını dəyişib.

 

Qeyd edək ki, S.Şahbazbəyova 1965-1971-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisasında təhsil alıb. 1974-1977-ci illərdə isə Moskvada Elmi Tədqiqat Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutunda aspiranturanı bitirib. 35 məqalə və 3 dərs vəsaitinin müəllifidir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?