Modern.az

Türk Şurasının adı dəyişdirilir

Türk Şurasının adı dəyişdirilir

Aktual

12 Noyabr 2021, 10:58

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında qurumun adının dəyişdirilməsi gözlənilir.

 

Modern.az “Haber Global”a istinadən məlumat verir ki, Türk Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətinə davam edəcək.

 

VIII Zirvə toplantısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək. Zirvənin gündəm mövzuları ilə yanaşı, keçiriləcəyi yer də diqqət çəkir. Liderlərin zirvəsi Demokratiya və Azadlıqlar Adasında baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?