Modern.az

Türk Dövlətlər Birliyi ilə Şuşa Bəyannaməsini nə birləşdirir? - VACİB DETAL

Türk Dövlətlər Birliyi ilə Şuşa Bəyannaməsini nə birləşdirir? - VACİB DETAL

Aktual

12 Noyabr 2021, 11:30

“Bu gün keçiriləcək toplantı Türk dünyası üçün çox vacibdir. Azərbaycanın Qarabağ zəfərindən sonra Türk dövlətləri ilk dəfə bir araya gələcək. Burada müddətli sədr Azərbaycan idi, bundan sonra altı aylıq Türkiyəyə həvalə edəcək. Vacib olan isə ad dəyişikliyidir. Türk Dövlətləri Birliyi olaraq dəyişdiriləcək.  Şuşa Bəyannaməsi imzalandığı zaman Azərbaycan və Türkiyə o bəyannaməyə bir maddə qoymuşdu. Orada deyilirdi ki, Türk dünyası ilə bağlı vacib işlərə addım atmaq lazımdır. Buna görə də ad dəyişikliyi bundan sonra böyük həmrəylik gətirəcək”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

 

 Onun sözlərinə görə, Qarabağ müharibəsində Azərbaycan və Türkiyənin yan-yana olması Türk dünyasına vacib bir yol xəritəsi cızıb:

“Bir bərabərlik olarsa, güclü iqtisadiyyat, siyasət, mədəniyyət olacaq. Zəngəzur dəhlizi də açıldıqdan sonra Türk dünyası ilə Türkiyənin, Azərbaycanın bağlantıları asan olacaq. İndi İstanbuldan maşını ilə çıxan bir türk rahatlıqla Bakıya, digər Türk coğrafiyasına səyahət edə biləcək. Biz bu görüşdən çox şey gözləyirik”.

 

Şamil Ayrım təşkilatın Ağsaqqallar Şurasının başına Binəli Yıldırımn gətiriləcəyini söyləyib.

Bundan əlavə, birliyin tərkibində olan Ağsaqqallar Şurasının başına da Binəli Yıldırım gətiriləcək. Bu, çox vacib qərardır, çünki Binəli bəy Türkiyənin ən təcrübəli insanlarındandır. Türkmənistanın da artıq bizə qatılmasını alqışlayırıq. Artıq bütün Türk dünyasında daşlar oturmağa başlayır. Bu coğrafiyada dövlətlər bir olmanın vacibliyini Qarabağ müharibəsində gördülər. İnşallah, bundan sonrakı mərhələdə Türk dünyası birlikdə yüksələcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?