Modern.az

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür etdi

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür etdi

Aktual

12 Noyabr 2021, 11:55

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vaksin yardımına görə təşəkkür edib. 

 

Modern.az xəbər verir ki, S.Japarov bununla bağlı İstanbulda İlham Əliyevlə görüşündə danışıb.

“Fürsətdən istifadə edib, bizə 40 min doza “AstraZeneca” vaksini şəklində humanitar yardım göstərilməsinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Azərbaycan vaksin istehsalçısı olmadığı halda öz xüsusi ehtiyatlarından istifadə etməklə dəyərli jest edib. Bütün bunları dostluq və qardaşlıq təzahürü hesab edirəm. Yardıma görə Sizə bir daha təşəkkür edirəm”, - deyə Qırğız Respublikasının Prezidenti qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?