Modern.az

“Patı” satanlar saxlanıldı

“Patı” satanlar saxlanıldı

Aktual

12 Noyabr 2021, 12:06

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Bəşir Əmirov və Qorxmaz Məmişov saxlanılıb. Onların hər ikisindən satış məqsədi ilə əldə etdikləri narkotik vasitələr aşkarlanıb. B.Əmirovdan “patı” kimi tanınan psixotrop maddə-metamfetamin və marixuana, Q.Məmişovdan da kibrit qutularında qablaşdırılmış marixuana götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?