Modern.az

Hesablama Palatası YAP-ı YOXLADI

Hesablama Palatası YAP-ı YOXLADI

Aktual

12 Noyabr 2021, 14:46

Hesablama Palatası ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasında audit həyata keçirib.


Modern.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, Hesablama Palatası tərəfindən YAP-ın maliyyə hesabatlarının auditi aparılıb: “Ümumiyyətlə, siyasi partiyaların auditinin aparılması beynəlxalq səviyyədə ali audit qurumlarının predmetinə daxildir. Azərbaycanda da ilk dəfə bu sahədə audit aparılıb. Auditin predmeti YAP-ın maliyyə hesabatlarının nə dərəcədə doğru-düzgün tərtib edilməsidir. Audit nəticəsində bəzi gəlir və xərclərdə təhrif olunma göstəriciləri müəyyən olunub. Bununla bağlı Hesablama Palatasının Kollegiyasının müvafiq qərarı qəbul olunub, YAP-a da göndərilib. Qeyd edim ki, gəlir və xərclərin hesablanması, onların əsaslandırılması ilə bağlı Kollegiya qərarında kifayət qədər təklif və tövsiyə var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...