Modern.az

Nazir vaksin xərclərindən DANIŞDI

Nazir vaksin xərclərindən DANIŞDI

Aktual

12 Noyabr 2021, 14:50

Bugünədək bütün vaksinlərin alınması xərcləri dövlət büdcəsindən qarşılanıb.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

 

Samir Şərifov bildirib ki, növbəti il üçün də müvafiq tədarük edilib.

 

"Vaksinlər hər zaman diqqətdə saxlanılır. Vaksinlər əvvəldən sifariş olunduğuna görə cari ildə onların vəsaiti ödənilib, daha doğrusu ödənilməsi nəzərdə tutulub. Bir hissəsi hələ ödəniləcək. Onların bir hissəsi bu il, əksər hissəsi isə gələn il gələcək. Vəziyyətə baxılaraq əlavə vəsaitin ayrılması da mümkün olacaq," - deyə nazir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!