Modern.az

Keçmiş arvadını öldürənin işi MƏHKƏMƏDƏ

Keçmiş arvadını öldürənin işi MƏHKƏMƏDƏ

Aktual

12 Noyabr 2021, 15:59

26 may 2021-ci ildə Gəncə şəhər sakini Günay Amanovanın öldürülməsi faktı ilə bağlı  şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Günay Amanovanı qəsdən öldürüb.

 

Qafar Amanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?