Modern.az

Gömrükçülər 22 “iPhone 13 PRO” aşkarladı

Gömrükçülər 22 “iPhone 13 PRO” aşkarladı

Aktual

12 Noyabr 2021, 15:07

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxs tərəfindən Amerika Birləşmiş Ştatlarından gətirilən xeyli miqdarda mobil telefonların gömrük nəzarətindən gizli keçiriləcəyi barədə məlumat daxil olub.

 

Dövlət Dömrük Komitəsindən (DGK) Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı “Mercedes E240” markalı avtomobili nəzarətə götürülüb.

 

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd “iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?