Modern.az

“Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsi həyati əhəmiyyət daşıyır”

“Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsi həyati əhəmiyyət daşıyır”

Aktual

12 Noyabr 2021, 16:45

“Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında əlaqənin qurulması həyati əhəmiyyət daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib.

 

“Ticarət və qarşılıqlı sərmayələrimizi davamlı olaraq artırmalıyıq. Ticarətin sadələşdirilməsi ilə bağlı strateji sənədlərin imzalanmasına əhəmiyyət verirəm. Biz tranzit sənədlərini gündəmimizdən çıxarmalı və tranzit ödənişlərini rəqabətli səviyyəyə çatdırmalıyıq. Biz mümkün qədər qısa zamanda beynəlxalq yükdaşımalarla bağlı müqavilə imzalamalıyıq. "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi, Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət kəsb edir”, - deyə dövlət başçısı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?