Modern.az

Qarabağa “Böyük qayıdış”la bağlı PLANLAR

Qarabağa “Böyük qayıdış”la bağlı PLANLAR

Aktual

12 Noyabr 2021, 18:19

Qarabağa "Böyük qayıdış"dan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır. Bu planın hazırlanması üçün işçi qrup yaradılıb. Planda bütün seqmentlər nəzərə alınacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir bildirib ki, sözügedən işçi qrupu ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxır: “Biz də işçi qrupun üzvüyük. Həmçinin, "Ağıllı kənd"lərin daxilində "smart dost" guşələrinin quraşdırılması belə müzakirə edilir. Yəni sırf ev tikib kimisə ora aparmağı düşünmürük. Orada insanların məşğulluğu nəzərə alınacaq” - deyə, nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?