Modern.az

Kömür satanlar CƏRİMƏLƏNDİ

Kömür satanlar CƏRİMƏLƏNDİ

Aktual

12 Noyabr 2021, 18:11

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Masallı rayonu ərazisində Şöhrət Zeynalov və Cəbrayıl Cəfərova məxsus obyektlərdə, eyni zamanda “Ümid” marketdə qanunsuz yolla əldə olunmuş kömürün satıldığı müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?