Modern.az

Qənirə Paşayeva Saxadakı diaspor sədri ilə görüşdü

Qənirə Paşayeva Saxadakı diaspor sədri ilə görüşdü

Aktual

13 Noyabr 2021, 09:35

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikası  Dövlət Məclisinin (İl Tumen) IV, V və VI çağırış deputatı, Saxa Respublikasının Fəxri vətəndaşı və Əməkdar İnşaatçısı, Saxadakı Azərbaycan Diaspor Təşkilatının sədri Əliş Məmmədovla görüşüb.

 

Modern.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş Saxa xalqının Azərbaycan ədəbiyyatına, mədəniyyətinə marağı, qarşılıqlı ədəbi, mədəni əlaqələrin mövcud durumu, əməkdaşlıq imkanları və Saxa (Yakutiya) Respublikasındakı həmvətənlərimizin diaspor təşkilatının fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.

 

Ə.Məmmodov onun dəstəyi və iştirakı ilə nəşr edilmiş kitablar və mədəni planda nəzərdə tutulan tədbirlər barədə Komitə sədrinə bilgi verib.

 

 

Q.Paşayeva Ə.Məmmədova Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?