Modern.az

Vyaçeslavovna siyasi baxışlarına görə həbs OLUNMAYIB

Vyaçeslavovna siyasi baxışlarına görə həbs OLUNMAYIB

Aktual

14 Noyabr 2021, 11:28

"İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur". 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. DİN  Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev vurğulayıb ki, onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə polis şöbəsinə dəvət olunaraq, həkim nəzarətinə verilib:

 

"Hazırda sağlamlıq vəziyyəti stabildir. Bu saatlarda yaşadığı ünvana göndərilməsi təmin olunacaqdır. Onun siyasi baxışlarına görə saxlanılması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Onu narahat edən hallarla bağlı araşdırmalar davam etdirilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...