Modern.az

Ermənistanın son ÇIRPINIŞLARI

Ermənistanın son ÇIRPINIŞLARI

Aktual

14 Noyabr 2021, 11:58

“Ermənistanı bu son təxribatları törətməyə Azərbaycanın qələbəsini həzm edə bilməməsi, hələ də revanşist düşüncənin mövcud olması, xarici və daxili təhrikçilər vadar edir”.

 


Bu sözləri Modern.az-a açıqlamasında siyasi ekspert Elman Vəliyev deyib.

 

O bildirib ki, bölgədə sabitliyi qorumaq sülhməramlıların missiyasıdır.

 


Ekspertin sözlərinə görə, hələ də sabitlik pozulursa, deməli, sülhməramlılar öz öhdəliklərini yerinə yetirə bilmirlər:


"Atəşkəsin pozulmasına özləri şərait yaradır. Bununla bir yerə gedib çıxmaq olmaz. Tərəflər arasında atəşkəs qorunmayacaqsa, sülhməramlılara nə ehtiyac var? Bölgədə Rusiya sülhməramlılarının yerində olmaq istəyən çoxları mövcuddur. Rusiya da bunu yaxşı bilir.

 


Hesab edirəm ki, Azərbaycan tərəfi daha ciddi addımlar atmalıdır. Hər kəsə öz çevirəsini göstərməlidir ki, kənara çıxmasınlar.
3 tərəfli bəyanatın hələ də müddəaları tam həyata keçirilməyib. Amma bu istiqamətdə müsbət addımlar atılır.

 

Ermənistan tərəfinin əməkdaşlığa getməkdən başqa şansı qalmayıb. Çox yaxın zamanda bir çox məsələlər (delimitasiya və demarkasiya, mina xəritələri, kommunikasiya sistemləri) öz həllini tapacaq. Bu həll üçün tərəflər dialoqlara başlayıblar. Ermənistanın etdiyi də son çırpınışlarıdı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?