Modern.az

Nizamidən bəhs edən kitab Niderlandda

Nizamidən bəhs edən kitab Niderlandda

Aktual

14 Noyabr 2021, 12:05

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

 

Bu barədə Modern.az-a iasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

 

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb.

 

Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.

 

Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları