Modern.az

İşsizin külli miqdarda pulu oğurlandı

İşsizin külli miqdarda pulu oğurlandı

Aktual

14 Noyabr 2021, 15:51

Moskvada işsiz şəxsdən külli miqdarda pul oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Polisin məlumatına görə, naməlum şəxslər moskvalıya hücum edərək ona məxsus 600 min dolları oğurlayıblar.

 

 

“1989-cu il təvəllüdlü işşiz şəxs növbətçi məntəqə ilə əlaqə saxlayıb və bildirib ki, naməlum şəxslər Xavskaya küçəsində yerləşən ofisə daxil olaraq onu yerə yıxıb və boğmağa başlayıblar”, - deyə qurumun mətbuat xidmətindən bildirilib.

 

Zərərçəkənin kəndirlə bağlanıb və sifət nahiyəsindən bıçaqlanıb. Bundan sonra hücum edənlər masanın üstündəki pulları götürərək ofisi tərk ediblər.

 

İşsiz şəxs həkimə müraciət etməyib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı