Modern.az

İranda zəlzələdə 70 nəfər yaralandı -  Ölən var (YENİLƏNİB)

İranda zəlzələdə 70 nəfər yaralandı -  Ölən var (YENİLƏNİB)

Aktual

15 Noyabr 2021, 06:52

İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər bildirib.

 

C.Miadfər qeyd edib: "Bəndər Abbas şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb".

 

Onun sözlərinə görə, 22 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər ölüb.

 

****

İranda qeydə alınan zəlzələ zamanı ən azı 8 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran hakimiyyətinə yaxın "Mehr" agentliyi məlumat yayıb.

 

Qeyd edilir ki, təbii hadisə zamanı azı 1 nəfər həlak olub. Yeraltı təkanılar bir neçə şəhərdə hiss olunub.

 

***

17:11

 

 

İranın cənubunda başverən 6,1 bal gücündə zəlzələyə görə sunami təhlükəsi elan edilib.

 

Modern.az İranın teleqram kanallarına istinadən xəbər verir ki, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?