Modern.az

Küveyt hökumətindən istefa

Küveyt hökumətindən istefa

Aktual

14 Noyabr 2021, 18:44

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

 

Modern.az xəbər verir ki, əmirin sərəncamına görə, yeni kabinet formalaşana qədər əvvəlki hökumət fəaliyyət göstərməlidir.

 

Noyabrın 8-də hökumət istefa məktubunu əmirə təqdim edib.

 

Qeyd edək ki, bu, Küveyt Nazirlər Kabinetinin 2021-ci ildə ikinci istefasıdır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?