Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərlə yoldaşlıq oyunundan sonra mətbuat konfransında ölkənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Modern.az xəbər verir ki, italiyalı baş məşqçi "Neftçi"nin kapitanı Emin Mahmudovu Azərbaycanın ən yaxşı futbolçusu hesab edib.
O qeyd edib ki, 2021-ci ilin ilk yarısında Mahir Emreli "Qarabağ"da oynayırdı və komandanın bombardiri idi., mma millidə qol vura bilmədi: "Bu gün çox istəkli idi. Bəlkə də buna görə alınmır. Amma mənim üçün Emin Mahmudov hazırda Azərbaycanın ən yaxşı futbolçusudur. "Neftçi" ilə uzun müddətdən sonra çempion oldu. Onunla görüşümüzdən sonra çox dəyişdi. Futbola yanaşması çox xoşuma gəlir"