Modern.az

Tovuzda ağır qəza - Ölən və yaralananlar var

Tovuzda ağır qəza - Ölən və yaralananlar var

Aktual

15 Noyabr 2021, 08:54

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Apa-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub.

 

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?