Modern.az

Bu gündən istiliyin verliməsinə BAŞLANILIR

Bu gündən istiliyin verliməsinə BAŞLANILIR

Aktual

15 Noyabr 2021, 09:00

Bu gün Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.

 

Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda isə istilik mövsümü noyabrın 1-də başlayıb.

 

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?