Lerik rayonunun Peştətük kəndində Qarabağ müharibəsində canından keçmiş şəhidlərin əziz xatirəsinə Zəfər memorial abidə kompleksinin açılışı olub.
Modern.az xəbər verir ki, açılış mərasimində Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərin əziz xatirəsi anılaraq onların göstərdiyi döyüş şücaətlərindən danışılıb.
Sonda Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan şəhidlərin medalları doğmalarına təqdim edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!