Modern.az

Üç rayonda yaşayış evləri yanıb

Üç rayonda yaşayış evləri yanıb

Aktual

16 Noyabr 2021, 08:35

Ağdaş rayonunun Əmirarx kəndində ümumi sahəsi 84 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan əlavə, Zaqatala rayonunun Mosul kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Eyni zamanda, Qəbələ rayonunun Tüntül kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün taxta atmaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?