Modern.az

“Açıq mikrofon” Sumqayıtda

“Açıq mikrofon” Sumqayıtda

Aktual

16 Noyabr 2021, 13:12

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Sumqayıt şəhərində təşkil olunacaq.

 

"Azəriqaz"-dan Modern.az-a verilən məlumata görə, İB-nin rəhbər şəxsləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 44-cü məhəllədə (“Kimyaçı” mədəniyyət sarayı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

Məlumata görə, “Səyyar qəbul otağı” noyabrın 18-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!