Modern.az

Ölkəmizdə "TÜRKOVAC"ın sınağı keçiriləcək

Ölkəmizdə 

Aktual

16 Noyabr 2021, 14:05

Azərbaycanda Türkiyənin koronavirusa qarşı "TÜRKOVAC" vaksininin üçüncü fazasının kliniki sınaqlarına bu yaxınlarda başlanıla bilər.

 

Modern.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır:

 

"Bildiyiniz kimi, TÜRKOVAC Türkiyə istehsalı olan inaktivləşdirilmiş platformada hazırlanan bir vaksindir. Azərbaycanda da həmin vakisinin üçüncü fazasının kliniki sınaqlarının bir hissəsinin keçirilməsi nəzərdə tutulub. Ümidvaram ki, bu yaxınlarda da bu proses başlanılacaq. Demək olar ki, əldə etdiyimiz vaksinlərin sayı artacaq", - T.Musayev deyib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?