Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov karantin qaydalarının tələblərinə uyğun olaraq vətəndaşları qəbul edib.
Modern.az xəbər verir ki, qəbul zamanı sakinləri narahat edən məsələlər, təkliflər və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Şəhər rəhbəri onların problemlərinin aidiyyatı üzrə qeydiyyata alınması və məsələlərin həll edilməsi üçün müvafiq göstərişlər verib.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidiriblər.