“Bu ilin yanvar ayından Nazirlər Kabineti tərəfindən COVID-19-la bağlı “Vaksinasiya Strategiyası” qəbul edilib və icra olunur”.
Modern.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev yaxın gələcəkdə koronavirus əleyhinə peyvəndin Milli Peyvənd Proqramına daxil edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
T. Musayev deyib ki, koronavirus fövqəladə haldır və buna görə də koronavirusla bağlı xüsusi strategiya qəbul olunub.