Türkiyəli şair, yazıçı, siyasətçi Sezai Karakoç vəfat edib.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.
Karakoç 1933-ci ildə Diyarbakırda anadan olub. Şairlik və yazarlıqla yanaşı siyasətlə də məşğul olub, 1990-cı ildə “Diriliş” partiyasını qurub.