Modern.az

Kanadadan Ermənistan-Azərbaycan sərhədində baş verənlərə REAKSİYA

Kanadadan Ermənistan-Azərbaycan sərhədində baş verənlərə REAKSİYA

Aktual

17 Noyabr 2021, 07:59

Kanadanın xarici işlər naziri Melani Joli Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə özünün tvitter hesabında yazıb.

 

“Kanada Ermənistan-Azərbaycan sərhədində toqquşmadan dərin narahatdır. Biz münaqişənin sülh yolu ilə həllinin tapılması üçün gərginliyi azaltmağa çağırırıq”, - deyə XİN rəhbəri qeyd edib.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün axşam saatlarından etibarən bu ölkənin müdafiə naziri Sergey Şoyqu ilə danışıqlardan sonra, Ermənistan və Azərbaycan atəşkəs elan edib, vəziyyət normallaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?