Ötən axşam futbol üzrə Dünya Çempionatı-2022-nin seçmə mərhələsinə yekun vurulub.
Modern.az xəbər verir ki, 10-cu turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçirilib. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.
D qrupunda Fransa final mərhələsinə, Ukrayna seçməsi pley-offa yüksəlib.
E qrupunda Belçika final mərhələsinə, Uels və Çexiya kollektivləri pley-offa vəsiqəni təmin ediblər.
G qrupunda 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkib. Qələbə qazanaraq xallarının sayını 23-ə yüksəldən "narıncılar" final mərhələsinə vəsiqə qazanıblar. Digər matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşıb. Qardaş ölkə komandası əzmkar qələbə ilə (2:1) pley-offa yüksəlib.
10-cu tur
D qrupu
Finlandiya - Fransa - 0:2
Bosniya və Herseqovina - Ukrayna - 0:2
| 1 | Fransa | 8 | 5 | 3 | 0 | 18 | 3 | +15 | 18 |
| 2 | Ukrayna | 8 | 2 | 6 | 0 | 11 | 8 | +3 | 12 |
| 3 | Finlandiya | 8 | 3 | 2 | 3 | 10 | 10 | 0 | 11 |
| 4 | Bosniya and Herzegovina | 8 | 1 | 4 | 3 | 9 | 12 | -3 | 7 |
| 5 | Qazaxıstan | 8 | 0 | 3 | 5 | 5 | 20 | -15 | 3 |
E qrupu
Uels - Belçika - 1:1
Çexiya - Estoniya - 2:0
| 1 | Belçika | 8 | 6 | 2 | 0 | 25 | 6 | +19 | 20 |
| 2 | Uels | 8 | 4 | 3 | 1 | 14 | 9 | +5 | 15 |
| 3 | Çexiya | 8 | 4 | 2 | 2 | 14 | 9 | +5 | 14 |
| 4 | Estoniya | 8 | 1 | 1 | 6 | 9 | 21 | -12 | 4 |
| 5 | Belarus | 8 | 1 | 0 | 7 | 7 | 24 | -17 | 3 |
G qrupu
Cəbəllütariq - Latviya - 1:3
Monteneqro - Türkiyə - 1:2
Niderland - Norveç - 2:0
| 1 | Niderland | 10 | 7 | 2 | 1 | 33 | 8 | +25 | 23 |
| 2 | Türkiyə | 10 | 6 | 3 | 1 | 27 | 16 | +11 | 21 |
| 3 | Norveç | 10 | 5 | 3 | 2 | 15 | 8 | +7 | 18 |
| 4 | Monteneqro | 10 | 3 | 3 | 4 | 14 | 15 | -1 | 12 |
| 5 | Latviya | 10 | 2 | 3 | 5 | 11 | 14 | -3 | 9 |
| 6 | Cəbəllütariq | 10 | 0 | 0 | 10 | 4 | 43 | -39 | 0 |
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb.
Pley-off mərhələsində isə Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşmişdi.