Modern.az

BDU-da beynəlxalq KONFRANS

BDU-da beynəlxalq KONFRANS

Aktual

17 Noyabr 2021, 10:00

Bakı Dövlət Universitetində (BDU) “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, noyabrın 16-da  Bakı Dövlət Universitetinin (BDU) Sosial iş kafedrası və “Azərbaycan Sosial İş” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb. Konfrasda səslənən fikirlər, təklif və təşəbbüslər, bu formatda beynəlxalq təcrübənin bölüşülməsi postmüharibə dövründə sosial işçilərin fəaliyyətinin dəqiq yol xəritəsini müəyyənləşdirməyi hədəfləyib.

 

Konfransa istər ölkə daxili sosial iş məktəblərindən və müvafiq dövlət qurumlarından, istərsə də xarici ölkələrdən xeyli syda məruzə,  tezis  və təqdimatlar daxil olmuşdur. Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyevin moderatorluğu ilə keçirilən plenar iclasda BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin “Qarabağa qayıdışın effektiv təşkili: repatriasiya potensialının qiymətləndirilməsi” üzrə Tədqiqat Qrupunun rəhbəri, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, “Qarabağa Dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyəv, Türkiyə Sosial İşçilər Asossasiyasının İdarə Heyətinin Üzvü Ahmet Cemil Ölçer, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Azərbaycan Sosial İş İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Aytəkin Hüseynli çıxış ediblər Konfransda xarici ölkə ekspertlərinin maraqlı prezeantasiyaları təqdim olunub. 

 

Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransın bölmə iclasları noyabrın 17-də  davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı