Modern.az

Çavuşoğlu Moldovaya gedir

Çavuşoğlu Moldovaya gedir

Aktual

17 Noyabr 2021, 14:00

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovaya səfər edəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, səfər Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqasiya naziri Niku Popeskunun dəvəti ilə noyabrın 18-də reallaşacaq.

 

Səfər çərçivəsində Türkiyə XİN rəhbəri moldovalı həmkarı ilə, eyni zamanda, Moldovanın Prezidenti Maya Sandu, parlamentin spikeri İqor Qrosu və Baş nazir Nataliya Qavrilita ilə görüşlər keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!