Modern.az

Məşğulluq Mərkəzinin direktorunun işi MƏHKƏMƏDƏ

Məşğulluq Mərkəzinin direktorunun işi MƏHKƏMƏDƏ

Aktual

17 Noyabr 2021, 15:24

İmişli rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rüstəmlinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, qeyd olunan vəzifədə işləyərkən Elxan Rüstəmlinin Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka sorğusu keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdırıb. Bununla da işsiz vətəndaşlar üçün dövlət büdcəsindən ayrılmış 55 min  manat məbləğində vəsaitin faktiki olaraq yalnız 40 min manat hissəsini ödəməsinə, qiymətlərin şişirdilməsi yolu ilə 15 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə də dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Elxan Rüstəmliyə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Rəsmi məlumata görə, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi təmin edilib. 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?